
Bütün Rusiya məmurları yerli maşın sürməlidir - Putin
Rusiyada bütün məmurları yerli avtomobilləri idarə etməlidirlər.
Busaat.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu szöləri Rusiya prezidenti Vladimir Putin deyib.
Prezidentin sözlərinə görə, nazirlik və idarələrdən, eləcə də işlər idarəsindən buna diqqət yetirmələri xahiş olunur.
“Mən dedim ki, bu, tamamilə istisna edilməlidir. Ölkənin bütün məmurları isə yerli avtomobilləri idarə etməlidirlər”, – Putin bildirib.
Onun fikrincə, “hardasa daha təvazökar olacaq” deyəndə qəbahət yoxdur.
Busaat.az























