
Bütün ukraynalı kişi və qadınları yenidən azad edəcəyik – Zelenski
“Bir neçə əsgərimiz Rusiya tərəfindən əsir götürülüb. Bütün ukraynalı kişi və qadınları yenidən azad edəcəyik”.
Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Zelenski deyib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı davam edən müharibə səbəbindən bəzi vətəndaşların Ukraynanı tərk etmək məcburiyyətində qaldığını, bəzi əsgərlərin isə əsir düşdüyünü bildirib və əlavə edib: “Biz bütün ukraynalı kişi və qadınları yenidən azad edəcəyik”.
Məlumata görə, 25 dekabrda Ukraynada da milyonlarla insanın Yeni İl gününü qeyd etdiyini, lakin insanların müharibə səbəbindən çətin şəraitdə yaşadığını bildirən Zelenski, “Təəssüf ki, bu il bütün bayramların acı dadı var” – deyə, qeyd edib.
Ukraynada Rusiyaya qarşı müharibənin əslində 8 ildir davam etdiyini, inanc və birlik içində ölkənin azadlığı uğrunda mübarizəyə davam edəcəklərini qeyd edən Zelenski əlavə edib: “Bu qışa dözək. Çünki nə ilə mübarizə apardığımızı bilirik”.
Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın enerji infrastrukturlarına ciddi ziyan dəydiyi üçün elektrik enerjisində fasilələrin davam etdiyini xatırladan Zelenski bütün çətinliklərə baxmayaraq xalqı bayramı qeyd etməyə dəvət edib.
Busaat.az























