
Çanaqqalada yanğın səbəbilə təxliyələr davam edir
Türkiyənin Çanaqqala şəhərində baş verən meşə yanğınları səbəbilə təxliyyələr davam edir.
Busaat.az-ın türk mediasına istinadən əldə etdiyi məlumata görə, yanğınsöndürənlər alovu havadan və qurudan söndürməyə çalışırlar.
“Aşağıokçular kəndinin Salavat və Andıktaşı məhəllələri, Elmacık kəndi və bir-birinə bağlı Değirmendere rayonu və Çiftlikdərə kəndi ehtiyat tədbiri olaraq boşaldılacaq və vətəndaşlarımız Terzioğlu Qızlar Yataqxanasına yerləşdiriləcək. Güclü küləklə əlaqədar olaraq, yanğının yayılması ehtimalı və qəza təhlükəsi var. Vətəndaşların ayıq-sayıq olması vacibdir”,- səlahiyyətlilər xəbərdarlıq edib.























