Canluici Buffon 21-ci əsrin ən yaxşı qapıçısı seçilib

image-buffonbackend
image-uzb_ads_desk

Busaat.az xəbər verir ki, “Parma”, “Yuventus”, “PSJ” və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon “FourFourTwo” nəşrinin versiyasına görə, 21-ci əsrin ən yaxşı qapıçısı seçilib.

Eyni zamanda, ilk onluqda  “Real Madrid”in keçmiş qapıçısı İker Kasilyas, “Mançester Yunayted” və “Fulhem”in keçmiş qapıçısı Edvin van der Sar, həmçinin “Çelsi” və Çexiya millisində çıxış etmiş Petr Çex yer alıb.

21-ci əsrin ən yaxşı 10 qapıçısı aşağıdakı kimidir:

1. Canluici Buffon (İtaliya).
2.İker Kasilyas (İspaniya).
3. Edvin van der Sar (Niderland).
4. Petr Çex (Çexiya).
5. Manuel Noyer (Almaniya).
6. Oliver Kan (Almaniya).
7. Viktor Valdez (İspaniya).
8. David de Xea (İspaniya).
9. Julio Sezar (Braziliya).
10. Hüqo Lloris (Fransa).

45 yaşlı Buffon ötən yay karyerasını bitirib. “Yuventus”un tərkibində qapıçı 10 dəfə İspaniya çempionu olub, beş dəfə İspaniya kubokunun qalibi olub. 1998/1999 mövsümündə “Parma” ilə Buffon UEFA Kubokunu qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki