Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.10 $▼1.45%
  • WTI neft84.83 $▼0.98%
  • Avropa qazı (TTF)81.77 €▼0.68%
  • Təbii qaz (ABŞ)3.242 $▲0.90%
  • Qızıl4 087 $▼0.92%
  • Gümüş52.24 $▼1.89%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda588.00 ¢▼0.13%
  • Bitcoin74 320 $▼1.25%
  • Ethereum2 097 $▼1.68%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

CAR-da təbii fəlakət qurbanlarının sayı 57-yə çatdı

image-43jpg-1749738123
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cənubi Afrikada Respublikasında (CAR) son üç gündə qar, leysan və daşqınlarla müşayiət olunan sərt hava şəraiti nəticəsində azı 57 nəfər həyatını itirib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, ölənlərin əksəriyyəti Şərqi Keyp əyalətindəndir.

Təcili xidmət nümayəndələrinin sözlərinə əsasən, təbii fəlakət nəticəsində itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı istisna olunmur.

Regionda tüğyan edən qasırğa nəticəsində Şərqi Keyp və Kvazulu-Natal əyalətlərində minlərlə ailə evsiz qalıb, 150-dən çox məktəbə ziyan dəyib.

CAR Prezidenti Siril Ramaposa cümə günü təbii fəlakətdən zərər çəkən bölgələrə səfər edəcək.

Qeyd edək ki, həftənin əvvəlində Cənubi Afrika Respublikası soyuq hava kütlələrinin təsirinə məruz qalıb. Gecə saatlarında bəzi rayonlarda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb. Sinoptiklər bu il ölkədə son dövrlərin ən sərt qışının keçəcəyi barədə xəbərdarlıq edirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=167760