Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft109.48 $▼0.21%
  • WTI neft99.97 $▼0.81%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)2.989 $▼1.58%
  • Qızıl4 069 $▲0.96%
  • Gümüş54.28 $▲0.99%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 494 $▲0.61%
  • Ethereum2 340 $▲0.85%
  • S&P 5007 718▲0.54%
16°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Cəmiyyət

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Dəmiryolçular ETİRAZA QALXDI

image-cavid
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir.

 

Busaat.az “Unikal”a istinadən xəbər verir ki, Bələdçilər ehtiyatı idarəsinin rəisi  İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

Bildirib ki, növbəti aydan onların əmək haqlarının  1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb  ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq.

Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər.  “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77328