Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Cəbhədə vəziyyət ağırdır – Zelenski

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməyə davam etdiyini iddia edib.

Busaat.az xəbər verir ki, bu barədə Zekenski gecə saatlarında Telegram hesabında paylaşdığı video mesajında deyib.

Rusiya qüvvələrinin xüsusilə Donetsk cəbhəsində irəliləməyə çalışdığını, lakin Ukrayna Ordusunun Rusiya hücumlarını uğurla dəf etməyə davam etdiyini qeyd edən Zelenski, “Cəbhədə vəziyyət ağırdır” – deyə, qeyd edib.

Rusiya ordusunun Donetsk cəbhəsində irəliləmək üçün böyük itkilər verdiyini iddia edən Zelenski Ukrayna qüvvələrinin rus qoşunlarının burada irəliləməsinə imkan vermədiyini qeyd edib.

Rusiyanın Ukraynada müharibəyə başlamaqla cinayət törətdiyini deyən Zelenski, Rusiyanın yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin mühakimə olunması üçün çalışdıqlarını bildirib.

“Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı artıracağıq. Təəssüf ki, mövcud beynəlxalq hüquqi sənədlər (Ukrayna müharibəsi məsələsində) ədalət üçün kifayət etmir” – deyə, Zelenski əlavə edib.

Ukraynada başlayan müharibədə günahkarların mühakimə olunması üçün beynəlxalq məhkəmənin də qurulması lazım olduğunu müdafiə edən Zelenski deyib: “Təcavüzün məsuliyyətini düzgün qiymətləndirmək üçün Beynəlxalq Cinayət Məhkəməsindən əlavə xüsusi bir məhkəməyə ehtiyac var”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92311