Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 633 $▼6.73%
  • Ethereum1 747 $▼9.34%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çeçen döyüşçüləri Maryinka yaxınlığındakı Ukrayna postunu ələ keçirib

image-325182529_504803118429314_6199343225201782380_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çeçen döyüşçüləri Maryinka yaxınlığındakı Ukrayna postuna hücum edərək ələ keçirib.

Busaat.az xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında məlumat verib.

Ələ keçirilən post sərfəli mövqedə qurulub və ona xəndəklər xətti, müdafiə olunan atəş mövqeləri daxildir.

Kadırov bildirib ki, xüsusi çeçen hərbi hissəsinin döyüşçüləri Ukrayna silahlı qüvvələrinin Maryinka şəhəri yaxınlığındakı möhkəmləndirilmiş postuna basqın edərək çoxlu sayda ukraynalı hərbçini əsir götürüblər.

“Əhməd-Hacı Kadırov adına Sever-Axmat xüsusi təyinatlı alayının döyüşçüləri müdafiə olunan posta, o cümlədən istehkamlara basqın ediblər. Rəqibin şəxsi heyətinin böyük hissəsi öldürülüb, xeyli sayda ukraynalı hərbçi əsir götürülüb”.

“Bu postun ələ keçirilməsi döyüşçülərimizin əldə etdiyi parlaq nəticədir. Bu mövqe strateji əhəmiyyətli idi və onun ələ keçirilməsi Maryinka cəbhəsində ciddi uğurdur”, – o əlavə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97434