
Çeçen komandoları artıq gərginlik bölgələrinə yola düşüb - Kadırov
Çeçenistan lideri Ramzan Kadırov PMC “VAQNER”-in silahlı qiyamını xəyanət adlandırıb və çeçen komandolarının gərginlik bölgələrinə doğru irəlilədiyini bildirib.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“Baş verənlər Müdafiə Nazirliyinə ultimatum deyil” – Kadırov Telegram kanalında yazıb.
“Bu, dövlətə çağırışdır. Bu çağırışa qarşı çıxmaq üçün hərbçilərin, təhlükəsizlik qüvvələrinin, qubernatorların və mülki əhalinin prezidentin ətrafında toplaşması vacibdir. Müdafiə Nazirliyinin və Çeçenistanın Milli Qvardiyasının əsgərləri artıq gərginlik bölgələrinə yola düşüb”, – Kadırov deyib.
Mən əminəm ki, Vladimir Putin qərarları “balanslaşdırılmış və vicdanlı şəkildə” qəbul edir.
“Biz xəritənin yalnız bir hissəsini görürük, amma o, hamısını görür! Prezident xalqa müraciətində çox düzgün şəkildə qeyd etdi.Bu, hərbi qiyamdır!”, – Kadırov bildirib.
O, Şimali Qafqaz Hərbi Dairəsinin hərbçilərini təxribatlara boyun əyməməyə çağırıb.
Kadırov bu hadisələrin dövlətə meydan oxuduğunu bir daha xatırladıb.
“Hərbçilərin, təhlükəsizlik qüvvələrinin, qubernatorların və mülki əhalinin prezidentin ətrafında birləşməsi lazımdır”, – Kadırov qeyd edib.
Busaat.az























