“Nottingem Forest” sağlam olduğu halda bir illik icarəyə götürdüyü London klubunun yarımmüdafiəçisi Andrey Santosu buraxmasa, “Çelsi”yə cərimə ödəmək məcburiyyətində qalacaq.
Busaat.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu şərt icarə müqaviləsində göstərilib. Bundan əlavə, “Çelsi” braziliyalı yarımmüdafiəçini 2024-cü ilin yanvarında icarəsindən geri çağıra bilər – bu variant da klublar tərəfindən razılaşdırılıb.
Santos 2023-cü ilin qış transfer pəncərəsində 12,5 milyon avroya Vasko da Qamadan “Çelsi”yə keçdi.
Bu mövsüm braziliyalı “Bernli” ilə İngiltərə Liqa Kubokunda “Nottingem” üçün cəmi bir oyunda iştira edib (0:1).
Futbolçunun London klubu ilə müqaviləsi 2030-cu ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə, futbolçunun təxmini dəyəri 15 milyon avrodur.