
Cennifer Lopezdən zəlzələ qurbanlarına DƏSTƏK
Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən və 10 əyalətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra dünyaca məşhur adlardan dəstək mesajları gəlməyə davam edir.
Busaat.az xəbər verir ki, məşhur ABŞ-li sənətçi Cennifer Lopez də sosial şəbəkədəki paylaşımında zəlzələdə həyatını itirənlərə üzüldüyünü ifadə edərək deyib:
“Türkiyədə və Suriyada hər kəsə bütün sevgimi və gücümü göndərirəm. 100 ilin ən böyük zəlzələsidir”.
Lopez, həmçinin UNICEF bağlantısını paylaşaraq izləyicilərindən ianə vermələrini xahiş edib.























