Cənubi Afrika Respublikasının prezidenti BCM-dən Putini həbs etməmək üçün icazə istəyib

image-default-28backend

Cənubi Afrika Respublikasının prezidenti Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) Rusiya prezidenti Vladimir Putini həbs etməməyi xahiş edib.

Busaat.az xəbər verir ki, Ramafosa bu barədə müxalif Demokratik Alyansın Putinin Yohannesburqda keçiriləcək BRİKS sammitinə gələcəyi halda hökuməti həbs etməyə məcbur etmək üçün verdiyi iddiaya cavab olaraq bildirib.

Ramafosaya görə, Putinin həbsi müharibə elan etməyə bərabər olacaq.

“Cənubi Afrikada Putinin həbsi və ekstradisiya tələbi ilə bağlı aşkar problemlər var. Rusiya açıq şəkildə bəyan edib ki, Putinin həbsi müharibə elanı olacaq”, – Ramafosanın bəyanatında deyilir.

Ramafos bu məsələ ilə bağlı BCM ilə məsləhətləşmələr aparmağa başlayıb, lakin detallar barədə məlumat verməyib.

Qeyd edək ki, mart ayında BCM Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqları Rusiyaya qanunsuz oğurlamaqda şübhəli bilinərək həbsinə order verib.

Putinin də dəvət olunduğu BRİKS sammiti avqustda baş tutacaq. Cənubi Afrika, BCM-nin qərarlarına əməl etməyi və Putini gələn kimi həbs etməyə məcbur edən Roma Əsasnaməsini imzalayan ölkələr sırasındadır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki