
Cənubi Afrikada zəhərli qaz sızması - 16 ölü
Cənubi Afrika Respublikasında qanunsuz mədənçilərin yerləşdiyi qəsəbədə zəhərli qaz sızması nəticəsində 3-ü uşaq olmaqla 16 nəfər ölüb.
Busaat.az bu barədə Cənubi Afrika mətbuatına istinadən xəbər verir.
Cənubi Afrika polisinin verdiyi məlumata görə, Yohannesburqun şimalındakı Boksburq bölgəsində zəhərli qaz sızması nəticəsində 16 nəfərin həyatını itirib.
Məlumatda qeyri-qanuni mədən işlərinin aparıldığı rayonda zəhərli qazdan həyatını itirənlər arasında 3 uşağın da olduğu qeyd edilib.
Qeyd edək ki, 16 nəfərin ölümünə səbəb olan zəhərli qazın ammonium nitrat olduğu açıqlanıb.
Busaat.az























