
Cənubi Kaliforniyada meşə yanğınları - 1000-ə yaxın ev təxliyyə edilib
Cənubi Kaliforniyada yanğınsöndürənlər güclü istilərdən sonra başlayan üç ayrı meşə yanğını ilə mübarizə aparırlar.
Busaat.az bu barədə ABC News-a istinadən xəbər verir.
Hər üç yanğın Los-Ancelesin cənub-şərqində yerləşən Riverside County-də başlayıb.
Məlumata görə, 1000-ə yaxın ev təxliyyə edilib, tələfat və maddi dağıntılar barədə məlumat verilmir.
Axşam saatlarında iki yanğının yayılmasının qarşısı alınıb. Lakin üçüncü yanğın sürətlə yayılıb və 5 kvadrat kilometr ərazini əhatə edib.
Busaat.az























