
Cənubi Koreya ilə Şimali Koreya arasında gərginlik: Şimali Koreya PUA-sı Seul üzərində uçuş edib
İllərdir gərginliyin davam etdiyi Cənubi Koreya-Şimali Koreya xəttində narahatlıq artıb.
Busaat.az xəbər verir ki, son bir ildə ballistik raket sınaqlarını sürətləndirən Şimali Koreya rəhbərliyinin sınaqlarına qarşı səssizliyini qoruyan Cənubi Koreya bu gün hərəkətə keçib.
Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatının Cənubi Koreyanın hava məkanını pozaraq paytaxt Seul üzərində uçuş həyata keçirməsindən sonra Cənubi Koreya ordusunun döyüş təyyarələri və helikopterlərinin havaya qalxaraq xəbərdarlıq atəşi açdığı bildirilib.
Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ilə bağlı tədbir görüldüyü, buna uyğun olaraq Cənubi Koreyada bəzi uçuşların dayandırıldığı bildirilib. Cənubi Koreyanın Nəqliyyat Nazirliyi “İncheon” və “Gimpo” hava limanlarında uçuşların dayandırılmasına qərar verildiyini açıqlayıb.
Cənubi Koreyanın News1 televiziyası Şimali Koreyaya məxsus pilotsuz təyyarənin paytaxt Seul üzərində göründüyünü bildirib.
Busaat.az























