Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 080 $▲1.51%
  • Ethereum1 819 $▲2.89%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Cənubi Koreya prezidenti Yaponiyaya səfər edib

image-kapak_141012
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cənubi Koreya prezidenti Yoon Suk-yeol həyat yoldaşı Kim Keon Hee ilə 12 ildən sonra ilk dəfə dövlət səviyyəsində rəsmi səfər üçün Yaponiyaya gediblər.

Busaat.az-ın Yonhap-a istinadən xəbərinə görə, Yoon Yaponiyaya iki günlük rəsmi səfəri çərçivəsində Tokioda keçirilən sammitdə Yaponiyanın baş naziri Kişida Fumio ilə görüşəcək.

İki liderin görüşündən əvvəl Cənubi Koreyanın Sənaye, Ticarət və Energetika Nazirliyinin verdiyi açıqlamada Yaponiyanın bəzi məhsulların Cənubi Koreyaya ixracına tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması və bunun müqabilində Cənubi Koreyanın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qarşısında şikayətini geri götürəcəyi ifadə edilib.

Yoonun Tokioda keçirilən sammitdə iştirakı ilə 12 ildir kəsilən qarşılıqlı səfərlər yenidən başlayıb.

Tokioda keçiriləcək sammitin iki ölkə arasında əlaqələrin inkişafında “dönüş nöqtəsi” olacağı və sammitin “həssas problemlərin öhdəsindən gəlməyə çalışmaq”, o cümlədən iqtisadiyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı gücləndirmək məqsədi daşıdığı bildirilir.

Yaponiyanın Baş naziri Kişida Fumio da Yoonun səfərinin elanından sonra Tokio-Seul əlaqələrini yaxşılaşdırmaqda qərarlı olduqlarını açıqlayıb.

Qeyd edək ki, liderlər səviyyəsində son qarşılıqlı səfərlər 2011-ci ilin dekabrında Yaponiyanın keçmiş baş naziri Noda Yoşihiko ilə Cənubi Koreyanın keçmiş prezidenti Li Myung-bak arasında Yaponiyada olub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104155