
Cənubi Koreya Şimali Koreyanı təzminat üçün məhkəməyə verib
Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanın sərhəddəki Kesonq şəhərindəki Koreyalararası əlaqə ofisinin dağıdılmasına görə bu ölkəyə təzminat işi qaldırdığını açıqlayıb.
Busaat.az xəbər verir ki, Cənubi Koreya Seul Mərkəzi Dairə Məhkəməsində 44,7 milyard von (35 milyon dollar) dəyərində təzminat tələb edib.
Hökumət rəsmiləri məhkəmə yolu ilə təzminat tələb etməklə Şimali Koreyanın vurduğu itkiləri kompensasiya etmək məqsədi daşıdığını bildiriblər.
“Şimali Koreyanın əlaqə ofisini dağıtması açıq-aydın qeyri-qanuni hərəkətdir. Şimali Koreya bu məsələ ilə bağlı Koreyalararası razılaşmaları da pozub və iki Koreya arasında qarşılıqlı hörmət və etimadın bünövrəsini sarsıdıb”, – Birləşmə Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Cənubi Koreyanın Birləşmə Nazirliyi 26 iyul 2020-ci ildə Şimali Koreyanın sərhəddəki Kesonq şəhərindəki Koreyalararası əlaqə ofisinin binasını sökdüyünü elan etmişdi.
Busaat.az























