
Cənubi Koreya Şimali Koreyaya sanksiyalar tətbiq edib
Cənubi Koreya raket sınaqları ilə gündəmə gələn və özünün təhlükəsizliyini təhdid etdiyini bildirdiyi Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.
Busaat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, Cənubi Koreya hökuməti Şimali Koreyanın raket proqramına görə 15 şəxs və 16 təşkilata qarşı sanksiyalar tətbiq edib.
“Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafına töhfə verən və ya sanksiyalardan yayınmağa kömək edən 15 şəxs və 16 təşkilata qarşı əlavə sanksiyaların tətbiqi barədə qərar qəbul edilib” –deyə, nazirliyin bəyanatında qeyd olunub.























