Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 266 $▼4.33%
  • Ethereum1 817 $▼5.74%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Cənubi Koreyadan Çinə xəbərdarlıq: Milli maraqlar zədələnə bilər

image-south_korea_flag_031116
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cənubi Koreya Prezident Aparatı Çinin Seuldakı səfiri Şinq Hayminqin son addımları ilə bağlı açıqlama verib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, diplomatların təyin olunduqları ölkənin qanunlarına hörmət etmələri və Vyana Konvensiyasının 41-ci maddəsində onların daxili işlərinə qarışmayacaqları bildirilən bəyanatda, səfirlərin vəzifəsinin iki ölkə arasında körpü qurmaq olduğu və daxili işlərlə bağlı şərhlərin ölkələrin “milli maraqlarına zərər verə biləcəyi” bildirilib.

Açıqlamada Cənubi Koreya Xarici İşlər Nazirliyi və Pekin səfirliyinin lazımi açıqlamalar verdiyi və əlavə izahata ehtiyac olmadığı izah edilib.

Cənubi Koreyanın baş naziri Han Duck-soo parlamentin iclasında Şinqin şərhlərini “son dərəcə yersiz” hesab etdiyini bildirib.

Çinin Seuldakı səfiri Şinq iyunun 9-da Seul hökumətinin Pekinlə münasibətləri arxa plana keçirməkdə günahlandırması və Seul-Vaşinqtondan münasibətlərindən “olduqca narahat olduğunu” söyləməsindən sonra Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb.

Cənubi Koreyanın Pekindəki səfiri Chung Jae-ho da bu gün Çinin Seuldakı səfirinin Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112452