
Çexiya Moskva və Bütün Rusiyanın Patriarxı Kirilə qarşı sanksiyalar tətbiq edib
Çexiya Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədiyi üçün Moskva və Bütün Rusiyanın patriarxı Kirili milli sanksiyalar siyahısına daxil edib.
Busaat.az xəbər verir ki, bu barədə “RİA Novosti” “České noviny” internet nəşrinə istinadən məlumat yayıb.
“Bu qərar bu gün hökumət tərəfindən təsdiqlənib.Bu, Patriarx üçün Çexiyaya girişin qadağan edilməsi və ya respublikadakı hər hansı əmlakın dondurulması deməkdir”, – məlumatda deyilir.
Bildirilir ki, Kirilin milli sanksiyalar siyahısına daxil edilməsi Çexiyada yanvar ayında qüvvəyə minmiş aktın qəbulu sayəsində mümkün olub.
Busaat.az























