
Çexiyadakı istilər Odra çayında balıqların kütləvi tələf olmasına səbəb olub
Çexiyada son üç həftənin istiləri Odra çayında oksigen səviyyəsinin azalmasına və balıqların kütləvi şəkildə tələf olmasına səbəb olub.
Busaat.az xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.
Odra çayının yuxarı axarında suyun yüksək temperaturu oksigen miqdarının azalmasına səbəb olur. Sonra çay Polşa və Almaniyadan keçir. Ölü balıqların ölkəyə gəlməsinin qarşısını almaq üçün Polşa tərəfinə tor maneələr qoyulub. Artıq 200 kiloqrama yaxın ölü balıq çıxarılıb.
Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva çexiyalı həmkarı Petr Qladiki çaydakı vəziyyətlə bağlı məlumatlandırıb. Mütəxəssislər hadisənin səbəbini araşdırır.
Qeyd edək ki, ötən ilin iyulunda da Çexiyanın şərq hissəsində suda oksigenin səviyyəsinin azalması və onun çirklənməsi səbəbindən Die çayında balıqların kütləvi ölümü baş verib. Həmin vaxt 42 ton ölü balıq çıxarılıb.
Busaat.az























