Ceyhun Bayramov Mirziyoyevlə görüşüb

image-690367797494e690367797494f1761830777690367797494c690367797494dbackend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”-də paylaşım edib.

Görüş Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.

Ceyhun Bayramov Özbəkistanı bu mötəbər qlobal toplantının uğurlu ev sahibliyi və əla təşkilatçılığı münasibətilə səmimi qəlbdən təbrik edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki