
CIA rəhbəri Zelenski ilə görüşüb — Washington Post
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Ukrayna prezidenti Vladimir Zelenski və = ukraynalı həmkarları ilə görüşmək üçün çərşənbə axşamı Kiyevdə olub.
Busaat.az xəbər verir ki, bu barədə Washington Post adını çəkmədiyi rəsmi şəxsəə istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ukrayna rəsmilərinə Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşündən danışıb və Vaşinqtonun Moskvanı nüvə silahından istifadə etməməsi barədə xəbərdar etdiyini bildirib.























