Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 864 $▼6.39%
  • Ethereum1 751 $▼9.13%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

CIA rusları casusluğa çağırır

image-cia-den-ruslara-casusluk-cagrisi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) rus əsgərlərini, kəşfiyyatçılarını və Rusiya administrasiyası və iqtisadiyyatı haqqında məlumatı olan hər kəsi agentliklə əlaqə saxlamağa və ona casusluq etməyə çağırıb.

Busaat.az xəbəer verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi özünün “YouTube” hesabında rus dilində ruslara casusluq etməyə çağıran video yerləşdirib.

Yayımlanan görüntülərdə şərti şəkildə rusların nümayəndəsi anonim Tor şəbəkəsi vasitəsilə CIA ilə gizli əlaqə saxlamaq üçün çətin qərar qəbul edir.

Görüntüdəki bir şəxs “Yalanlara asanlıqla inana bilərik. Amma biz öz reallığımızı bilirik. Yaşadığımız reallıq, pıçıltı ilə danışdığımız reallıq…”, deyə qeyd edir.

Videonun sonunda şərti agent deyir: “Bu, mənim Rusiyamdır. O, həmişə mənim Rusiyam olacaq. Dözəcəyəm. Ailəm dözəcək. Əməllərinə görə ləyaqətlə yaşayacağıq”.

Şəkilə əlavə edilən mətndə deyilir: “CIA Rusiya haqqında həqiqəti bilmək istəyir və məlumatı olan etibarlı insanları axtarır. Onlar sizin məlumatınızın düşündüyünüzdən daha dəyərli ola biləcəyinə inanırlar”.

Şəkilə əlavə edilən mətndə rusların Tor şəbəkəsi üzərindən ünsiyyət qurması üçün lazım olan məlumatları ehtiva edən keçid də paylaşılıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109859