
“Çin 2023-cü ildə Tayvanın müstəqillik cəhdlərinin qarşısını alacaq” – Ma Xiaoguang
Bu il Çin öz dövlət suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qorumağa davam edəcək, həmçinin Tayvanın müstəqilliyinə yönəlmiş istənilən təxribatlara və Tayvan məsələsinə hər hansı kənar müdaxilə cəhdlərinə qarşı mübarizə aparacaq.
Busaat.az xəbər verir ki, bunu Çinin Tayvan İşləri üzrə Dövlət Şurasının İnformasiya Bürosunun direktoru Ma Xiaoguang mətbuat konfransında bildirib.
“Yeni ildə Çin dövlətin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək, Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrin təxribatlarını, eləcə də kənardan müdaxilə cəhdlərini qətiyyətlə əngəlləyəcək. Çin xalqının əsas maraqlarını və şəxsi maraqlarını qətiyyətlə müdafiə edəcək” – deyə, Çin Mərkəzi Televiziyası onun sözlərindən sitat gətirib.
Rəsmi vurğulayıb ki, yalnız “Vahid Çin” var və Tayvan da onun bir hissəsidir. Onun sözlərinə görə, Tayvan məsələsinin həlli Çin xalqının şəxsi işidir və Tayvanı Çindən ayırmaq cəhdləri nəticə verməyəcək: “Biz aidiyyəti ölkələri “Vahid Çin” prinsipinə ciddi riayət etməyə, Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələrə yalan siqnallar göndərməyi dayandırmağa və Tayvan məsələsində odla oynamağı dayandırmağa çağırırıq”.
Busaat.az























