
Çin 8-16 yaş arası insanların smartfonlara girişini gündə bir saat məhdudlaşdıra bilər
Çin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan internet mühafizəsi rejimi sayəsində 8-16 yaş arası insanların smartfon və digər mobil cihazlarda tətbiqlərə girişini gün içində 1 saat məhdudlaşdıra bilər.
Busaat.az xəbər verir ki, bu barədə Çin Kiberməkan Administrasiyası məlumat yayıb.
“Cihaz ilk dəfə işə salındıqda və ya parametrləri seçərkən istifadəçi bu rejimdən istifadə etməkdən imtina edə bilər”, – məlumatda deyilir.
Yetkinlik yaşına çatmayanların müdafiəsi rejimi seçildikdən sonra intellektual mobil məlumat terminalının dəstəyi ilə 8 yaşdan 16 yaşa qədər olan şəxslər cihazdan istifadə üçün maksimum vaxt 1 saatdan çox olmayacaq.
Göstərilən rejim seçilən zaman 8 yaşınadək uşaqlar gündə cəmi 40 dəqiqə smartfon və ya planşetdən istifadə edəcəklər. Daha böyük uşaqlara gəlincə, 16-18 yaş arası, onların müddəti 2 saat olacaq. Lazım gələrsə, valideynlər məhdudiyyətləri aradan qaldıra bilərlər.
Qeyd edək ki, müəyyən edilmiş vaxt keçdikdən sonra smartfon məlumat terminalı avtomatik olaraq proqramlara girişi bloklayacaq.
Busaat.az























