Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 375 $▲0.41%
  • Ethereum1 805 $▲2.07%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin ABŞ-ı Suriyada neft və taxıl qaçaqmalçılığında ittiham edir

image-download
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Suriyadan qaçaqmalçılıq yolu ilə neft və taxıl daşıyır və bu, bu günə qədər 100 milyard dollardan çox resurs itkisi ilə nəticələnib.

Busaat.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien deyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Pekində keçirdiyi gündəlik mətbuat konfransında ABŞ ordusunun dekabrın 1-də Suriyanın şimalından 54 neft yüklü tankeri Şimali İraqdakı bazalarına köçürdüyü iddia edib.

Cao bildirib ki, Suriya rejiminin rəsmi məlumatlarına görə, ABŞ-ın qaçaqmalçılıq fəaliyyəti ölkədə vətəndaş müharibəsinin başladığı 2011-ci ildən 2022-ci ilin birinci yarısına qədər 100 milyard dollardan çox itkiyə səbəb olub.

Bəzi suriyalıların qaçaq neft səbəbiylə qış aylarında problem yaşayacağını iddia edən Cao, beynəlxalq ictimaiyyətin vəziyyətə seyrçi qalmaması və iddiaları diqqətlə araşdırması lazım olduğunu bildirib.

ABŞ-ı beynəlxalq hüquq və qaydaları pozmaqda günahlandıran Cao deyib: “ABŞ “qaydalar”dan danışanda, adətən, öz maraqlarına xidmət etmək və ya hegemonluğunu saxlamaq üçün bəhanələr tapmağa çalışır. Fransanın Vaşinqtondakı keçmiş səfiri Gerard Araud və bir çox başqalarının dediyi kimi, Amerikalılar istədiklərini edirlər, hətta beynəlxalq hüquqa zidd olsalar belə. Dünyanın qalan hissəsi bu normal qarşılayır və nizamı belə görür”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92706