Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 500 $▲2.17%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin ABŞ-ı Suriyadan neft oğurlamaqda günahlandırıb

image-vanq-venbin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın Suriya neftini oğurlaması müharibədən əziyyət çəkən Yaxın Şərq ölkəsində enerji və humanitar böhranı daha da gücləndirir.

Busaat.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə deyib.

“Suriya hökumətinin məlumatlarına görə, 2022-ci ilin birinci yarısında Suriyanın gündəlik neft hasilatının 80%-dən çoxu ABŞ-ın işğalçı qoşunları tərəfindən ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılıb. Bu cür banditizm Suriyada enerji böhranını və humanitar fəlakəti daha da ağırlaşdırır. İnsanların yaşamaq hüququ ABŞ tərəfindən amansızcasına tapdalanır”, – deyə diplomat bildirib.

“ABŞ neft oğurluğuna görə cavab verməlidir. Suriya xalqı və beynəlxalq ictimaiyyət cavab almağa layiqdir. Biz ABŞ-ı beynəlxalq hüququn aliliyini tapdalamağı və beynəlxalq qaydaları pozmağı dayandırmağa çağırırıq”, – Vanq Venbin vurğulayıb.

Qeyd edək ki, Suriyanın şərq və şimal-şərqindəki Deyr-əz-Zor, Raqqa və Haseke əyalətlərinin əksəriyyəti ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındadır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97389