
Çin ABŞ-nin tələbini rədd etdi
ABŞ-nin Çin Xalq Respublikasına (ÇXR) iki ölkənin müdafiə nazirlərinin Sinapurda keçiriləcək sammitdə görüşməsi təklifi Pekin administrasiyası tərəfindən rədd edilib.
Busaat.az-ın məlumatına görə, bu barədə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder AA-ya bildirib:
“ÇXR Birləşmiş Ştatlara mayın əvvəlində müdafiə naziri Lloyd Ostin ilə bu həftə Sinqapurda ÇXR Milli Müdafiə Naziri Li Şanqfu ilə görüşmək dəvətimizi rədd etdikləri barədə məlumat verib”.
Rayder ABŞ Müdafiə Nazirliyinin “rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün” Vaşinqton və Pekin arasında kommunikasiya xətlərinin saxlanmasının vacibliyinə “qəti inandığını” təkrarlayıb.
Pentaqonun sözçüsü qeyd edib ki, ÇXR-in müzakirələrdə iştirak etmək istəməməsi ABŞ Müdafiə Nazirliyinin əlaqələrin məsuliyyətli şəkildə idarə olunmasının bir hissəsi kimi Xalq Azadlıq Ordusu (PLA) ilə müxtəlif səviyyələrdə açıq ünsiyyət xətləri axtarmaq öhdəliyini azaltmayacaq.
Digər tərəfdən, ABŞ-nin yüksək rütbəli müdafiə rəsmisi AA-ya bildirib ki, ÇXR-in ABŞ Müdafiə naziri, Baş Qərargah rəisi və ya nazirliyin digər rəsmilərinin dəvətlərini rədd etməsi ilk dəfə deyil.
Busaat.az























