Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 334 $▲1.91%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin Böyük Britaniya və Yaponiyanı Asiyada “xəyali düşmənlər” yaratmamağa çağırıb

image-vanq-venbin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin Böyük Britaniya və Yaponiya hökumətlərini Asiya-Sakit okean regionunda “xəyali düşmənlər” uydurmamağa çağırır.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin çərşənbə günü keçirdiyi brifinqdə deyib.

“Asiya-Sakit Okean regionu geosiyasi oyunlar meydanı deyil, dinc inkişaf məkanıdır. Çin isə hər bir ölkə üçün əməkdaşlıq tərəfdaşıdır, heç bir dövlətə meydan oxumur” – deyə, çinli diplomat qeyd edib.

Vanq Venbin əlavə edib: “Müvafiq ölkələr (Böyük Britaniya və Yaponiya) arasında müdafiə sahəsində əməkdaşlığın başlanması bütün xalqlar arasında qarşılıqlı anlaşma və etimadın təşviqinə kömək etməlidir. Xəyali düşmən icad etməyə ehtiyac yoxdur və şübhəsiz ki, blok qarşıdurmasının köhnəlmiş ideologiyasını regiona gətirməmək lazımdır”.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak və yaponiyalı həmkarı Fumio Kişida çərşənbə günü Londonda görüşərək, hərbi təlimlər və ya fövqəladə hallar zamanı Britaniya qüvvələrinin Yaponiya ərazisində müvəqqəti yerləşdirilməsinə imkan verəcək saziş imzalayacaqlar. Sənəd iki ölkə arasında birgə təlimlərin təşkilini və logistika əməkdaşlığını sadələşdirməyə çalışır. Bu, həmçinin bir ölkənin digər ölkənin ərazisinə qoşun yeritməsi zərurəti yaranarsa, bürokratik əngəlləri azaldacaq.
Bir il əvvəl Yaponiya Avstraliya ilə analoji müqavilə bağlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96688