Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 714 $▲0.94%
  • Ethereum1 811 $▲2.42%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin Britaniya və ABŞ ilə müqavilədən sonra Avstraliyanın etibarlılığına şübhə edir

image-cin
Çin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avstraliyanın İngiltərə və ABŞ ilə müdafiə alyansı qurması Çinin bu ölkəyə qarşı iqtisadi tərəfdaş kimi etibarlılığını şübhə altına almasına səbəb olub.

Busaat.az Reuters-ə istinadən xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağının Xarici Əlaqələr Komitəsinin sədr müavini Fu İn diplomatik münasibətlərin 50 illiyinə həsr olunmuş forumda deyib.

Sidney Texnologiya Universitetinin Avstraliya-Çin Münasibətləri İnstitutu tərəfindən təşkil olunan forum bu ay diplomatik münasibətlərin 50 illiyini qeyd etmək üçün hər iki ölkənin hazırkı və keçmiş səfirləri üçün platforma təqdim edib.

Ying Avstraliyanın baş naziri Entoni Albanese ilə Çin prezidenti Si Tsipin arasında keçən ay G20 sammitində keçirilən görüşü qiymətləndirib: “Bu görüş münasibətlərin yaxşılaşdırılmasının zəruriliyi ilə bağlı aydın mesaj göndərmişdi”.

Yingin sözlərinə görə, iki liderin görüşü nikbinliyə əsas verib. Bununla belə, o, Avstraliyanın Çinin narahatlığına diqqət yetirməli və səbirli davranmalı olduğunu söyləyib: “Addım atmaq asandır, geri qayıtmaq daha çətindir”.

Çinli diplomata görə, iqtisadi qloballaşma geosiyasi münaqişənin təzyiqi və koronavirus pandemiyasının təsiri altında zəifləyib.
“Avstraliyanın ABŞ-ın rəhbərlik etdiyi üçtərəfli təhlükəsizlik ittifaqı AUKUS-da iştirakı Çindəki insanlarda onun əməkdaşlıq tərəfdaşı kimi etibarlılığına dair şübhələrə səbəb oldu” – deyə, Ying qeyd edib.

Qeyd edək ki, keçən il Avstraliya, İngiltərə və ABŞ AUKUS kimi tanınan müdafiə texnologiyası paktı elan ediblər.
Avstraliya Çinlə münasibətləri normallaşdırmaq üçün atdığı addımların müdafiə siyasətini dəyişməyəcəyini bildirib.

Avstraliyanın Çindəki səfiri Qrem Fletçer forumda deyib ki, siyasi fikir ayrılıqları Çini Avstraliya ilə ticarəti pozmağa sövq edib, lakin liderlərin son görüşü müsbət haldır: “Çətinliklərimiz aradan qalxmayıb, amma indi onlar haqqında və başqa şeylər haqqında müzakirələrə başlaya bilərik”.

Əlavə edək ki, Çin Avstraliyanın ən böyük ticarət tərəfdaşıdır və onun dəmir filizinin ən böyük alıcısıdır, lakin fikir ayrılıqları münasibətlərdə gərginliyə və Çinin Avstraliyadan ixracatına sanksiyalar tətbiq etməsinə səbəb olub.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93359