
Çin Cənubi Koreya və Yaponiya vətəndaşlarına viza verilməsini dayandırdı
Pekin administrasiyası Cənubi Koreya və Yaponiyanın Çindən gələn sərnişinlərə tətbiq etdiyi Covid-19 tədbirlərinə cavab olaraq bu ölkələrin vətəndaşlarına viza verilməsini dayandırdığını bildirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Çinin Cənubi Koreyadakı səfirliyi yayıb.
Səfirlikdən verilən açıqlamada biznes, turizm, sağlamlıq, üçüncü ölkəyə tranzit, ümumi və şəxsi işlərlə bağlı viza müraciətlərinin dayandırıldığı bildirilib. Açıqlamada, qərarın “Cənubi Koreyanın ayrı-seçkilik zəminində giriş məhdudiyyətləri” səbəbi ilə verildiyi bildirilib.
Eyni zamanda, Yaponiyanın Kyodo xəbər agentliyi turizm sənayesindəki mənbələrə istinadən xəbər verib ki, Çin Yaponiya vətəndaşlarına da viza verilməsini dayandırıb. Xəbərdə hökumətin çinli sərnişinlər üçün Covid-19 tədbirlərini elan etməsindən sonra Çinin Yaponiyadakı səfirliyinin heç bir viza müraciətini qəbul etmədiyi bildirilib.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Çinin qərarından “kədərləndiklərini” ifadə edib: “Hökumətin karantina tədbirlərini gücləndirmək qərarı elmi və obyektiv səbəblərə əsaslanır. Biz hökumətimizin mövqeyini bir daha çatdıracağıq. Çin tərəfi ilə əlaqə saxlayırıq”.
Çinin xarici işlər naziri Qanq dünən Cənubi Koreyalı həmkarı Park Jin ilə telefon danışığında Seulun həyata keçirdiyi sərhəd tədbirləri ilə bağlı narahatlığını ifadə edib və hökumətin “obyektiv və elmi mövqe tutacağına” ümid etdiklərini bildirib.
Busaat.az























