
Çin CERES-1 raketi ilə 5 peyk buraxıb
Çin özəl şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raket olan CERES-1 ilə Yerin orbitinə 5 peyk göndərib.
Busaat.az Çinin Sinxua agentliyinə istinadən xəbər verir ki, ölkənin şimal-qərbindəki Qansu əyalətindəki Ciuçuen Peyk
Mərkəzindən “Tienchi-13” internet rabitə peyki, iki “Tienmu” sinifli meteoroloji peyk və iki yer müşahidə peyki ” CERES-1 Y5″ raketi ilə orbitə buraxılıb.
Bildirilib ki, peyklər buraxılışdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşdirilib.
Buraxılış CERES-1 raketi ilə 5-ci uğurlu nəqliyyat missiyası kimi tarixə düşüb.
İlk buraxılış 7 noyabr 2020-ci ildə, ikinci buraxılış 7 dekabr 2021-ci ildə, üçüncü buraxılış 9 avqust 2022-ci ildə, dördüncü buraxılış isə 16 noyabr 2022-ci ildə həyata keçirilib.
Busaat.az























