
Çin dronların ixracına məhdudiyyətlər qoyub
Çin uzaq mənzilli mülki pilotsuz uçan aparatların ixracına məhdudiyyətlər qoyub.
Busaat.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin açıqlamasında bildirilir.
Açıqlamada qeyd edilir ki, dronların “qeyri-dinc məqsədlər üçün” istifadəsinin qarşısının alınmasına yönəlmiş ixraca nəzarət tədbirləri çərşənbə axşamı qüvvəyə minir.
Nazirlik bildirib ki, məhdudiyyətlər operatorların təbii görmə qabiliyyətindən kənarda uça bilən və ya 30 dəqiqədən çox havada qala bilən, cisimləri atmaq qabiliyyətinə malik əlavələri olan və çəkisi 7 kq-dan (15,5 kq) çox olan dronlara şamil ediləcək.
“Ukraynadakı böhrandan sonra mülki pilotsuz təyyarələr istehsal edən bəzi Çin şirkətləri könüllü olaraq münaqişə zonalarında fəaliyyətlərini dayandırıblar”, – nazirliyinin açıqlamasında deyilir.
Busaat.az























