
Çin həmişə Ukraynada sülhün tərəfdarı olub – XİN
Çin həmişə Ukrayna böhranının danışıqlar yolu ilə həllinin tərəfdarı olub.
Busaat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi cümə günü ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
“Çin həmişə sülhü və BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsini müdafiə edib. Çin sülh və danışıqları təşviq etmək üçün beynəlxalq ictimaiyyətin yanındadır. Biz Ukrayna böhranının həllində konstruktiv rolumuza davam edəcəyik” – deyə, Çin Xarici İşlər Nazirliyi qeyd edib.
Tərəflər ikitərəfli əməkdaşlığın əsas aspektlərini də müzakirə ediblər. Çinin xarici işlər naziri ABŞ tərəfini “Çin-ABŞ münasibətlərini sağlam və sabit bir yola qaytarmağa və bununla da dünyanın qalan hissəsinə müsbət siqnal göndərməyə” çağırıb.
Çin prezidenti Si Tsipin və amerikalı həmkarı Co Bayden noyabrda İndoneziyada G20 Sammiti çərçivəsində keçirilən görüşdə Blinkenin 2023-cü ilin əvvəlində Çinə səfər edəcəyi barədə razılığa gəliblər. Səfər zamanı tərəflər Ukraynadakı münaqişə mövzusuna toxunmağı planlaşdırıblar.
Busaat.az























