
Çin iqtisadiyyatda açılma siyasətini dəstəkləməyə davam edəcək - Li Çanq
Çin iqtisadiyyatda və özəl sektorda açılma siyasətini dəstəkləməyə davam edəcək.
Busaat.az xəbər verir ki, bu sözləri Çində baş nazir seçilən Li Çanq deyib.
O, Ümumçin Xalq Nümayəndələri Yığıncağı (CNC) Baş Assambleyasının bağlanış iclasından sonra paytaxt Pekində Böyük Yığıncaq Salonunda mətbuat konfransı keçirib.
Çinin dünya iqtisadiyyatına töhfə verdiyini vurğulayan Li deyib: “Xarici şərtlərdəki dəyişikliklərdən asılı olmayaraq, açıqlıq siyasətimizə sadiq qalmağa davam edəcəyik”.
Özəl sektorun güclü olduğu Ciciang və Ciangsu əyalətlərində, həmçinin ölkənin ən böyük şəhəri Şanxayda partiya lideri kimi çalışdığını xatırladan Li, Çinin özəl təşəbbüsləri dəstəkləmədiyi və onlara təzyiq göstərdiyi iddialarının “absurd” olduğunu bildirib.
ABŞ ilə münasibətlər
ABŞ ilə gərginliyin artması və bunun iqtisadi əlaqələrə mümkün təsiri ilə bağlı sualı cavablandıran Li, xarici siyasətə keçmək istəmədiyini, lakin ikitərəfli münasibətlərin düzgün istiqamətdə getdiyini vurğulayıb.
“Çin və ABŞ arasındakı ticarət keçən il rekord səviyyəyə çatıb. İqtisadi əlaqələrin qırıldığı fikri sadəcə əsassız iddiadan başqa bir şey deyil. Çin və ABŞ-nin əməkdaşlıq edə biləcəyi bir çox sahə var”, – diplomat bildirib.
Busaat.az























