
Çin kosmik stansiyaya Tiencou-5-i göndərir
Çin Yer orbitində qurduğu kosmik stansiyaya dördüncü təchizat səyahətinə başlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmik Ekspedisiyalar Agentliyi (CMSA) açıqlama yayıb.
Açıqlamada Tiencou-5 (səma gəmisi) yük gəmisinin “Long March 7 Y6” raketi ilə Haynan adasındakı Vinçang Kosmik Atış Mərkəzindən buraxıldığı bildirilib. Kosmik stansiyaya təxminən 5 ton ağırlığında avadanlıq və ləvazimat daşıyan kosmik gəminin buraxılışından 10 dəqiqə sonra planlaşdırılan orbital mövqeyinə yerləşdiyi və hərəkətini təmin etmək üçün günəş enerjisi panellərinin açıldığı bildirilib. Gəminin gün ərzində stansiyaya çatması gözlənilir.
Təchizat ekspedisiyası gələn ay Shincou-15 (müqəddəs gəmi) ilə stansiyaya göndəriləcək yeni taikonavt komandasının ehtiyaclarını ödəməyi hədəfləyir. Əvvəllər kosmik stansiyaya tədarük uçuşları 29 May 2021-ci ildə Tiencou-2 gəmisi ilə, 20 Sentyabr 2021-ci ildə Tiencou-3 yük gəmisi və 9 Mayda Tiencou-4 yük gəmisi ilə təşkil edilib.
Qeyd edək ki, ABŞ kosmosun tədqiqi sahəsində əməkdaşlığı dayandırdıqdan və Çinin Beynəlxalq Kosmik Stansiya (BKS) proqramında iştirakına mane olmasından sonra Çin öz kosmik stansiyasının yaradılması üzərində işləyir.
Quraşdırılmasının 2022-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılan stansiyada üç nəfərlik taikonavt qrupu işlərini davam etdirir.
Busaat.az























