
Çin MN amerikalı həmkarları ilə danışıqlardan imtina edib
Çin səlahiyyətliləri Vaşinqtonun Çin hava şarını vurmaq qərarı ilə bağlı ABŞ-ın iki ölkənin müdafiə nazirləri səviyyəsində ikitərəfli danışıqlar təklifini rədd edib.
Busaat.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.
“Çin Müdafiə Nazirliyi ABŞ-ın Çin mülki pilotsuz uçuş aparatına hücumu ilə bağlı səhvini nəzərə alaraq, hər iki ölkənin müdafiə nazirləri arasında danışıqlar təklifini qəbul etmir”, – Çin ordusundan deyilib.
“ABŞ-ın bu məsuliyyətsiz, yanlış hərəkəti göstərir ki, bizdə dialoq üçün adekvat və uyğun atmosfer yoxdur”, – deyə qeyd edilib.
Vaşinqtonun kəşfiyyat balonu adlandırdığı Çin şarının ABŞ üzərində son vaxtlar səmada görünməsi iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. ABŞ dövlət katibi Antoni Blinken Çini ABŞ-ın suverenliyini pozmaqda ittiham edərək fevralın 5-6-da Pekinə planlaşdırılan səfərini təxirə salıb.
Çin tərəfi hava şarının mülki şar olduğunu bildirib və onun ABŞ ərazisi üzərində görünməsini fors-major şəraitlə izah edib. Pentaqon şarı vurub.
Bundan əvvəl, fevralın 8-də Çinin müdafiə naziri Vey Fenqenin ABŞ ərazisi üzərində Çin hava şarının vurulmasından sonra Pentaqonun Baş Qərargah rəisi Lloyd Ostinlə danışmaqdan imtina etdiyi bildirilib.























