
Çin qayıqları Titu adasına təcavüz edib - Filippin
Cənubi Çin dənizindəki mübahisəli Titu adasının Çinin onlarla dəniz milisi kimi tanınan balıqçı qayıqları tərəfindən təcavüzə məruz qaldığı bildirilir.
Busaat.az xəbər verir ki, Filippin tərəfi Cənubi Çin dənizindəki “mübahisəli” adanın ətrafında onlarla “silahlı” Çin balıqçı gəmisini izləməyə davam etdiyini deyib.
Filippin Sahil Mühafizəsi bildirib ki, 42 Çin dəniz milis gəmisi Manilanın Paq-asa, Pekinin Zhongye adlandırdığı Titu adasının yaxınlığında donanma və sahil mühafizəsi varlığı ilə yanaşı dayanıb. Filippin prezidenti Ferdinand Markos Çinin Maniladakı səfirinə zəng edərək hadisə ilə bağlı diplomatik etirazlar edib. Titu adası təbii olaraq meydana gələn Spratli adalarının ikinci ən böyük və Filippin tərəfindən idarə olunan ən böyüyüdür. Vyetnam və Tayvan da Çinin adaya sahiblik iddiasına qarşı çıxır.
Busaat.az























