Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 065 $▼4.64%
  • Ethereum1 922 $▼4.73%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin Qazaxıstana müdaxilə təhlükəsinə qarşı xəbərdarlıq edib

image-306967475_510256321150914_8296373386386159768_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin prezidenti Si Cinpinin Mərkəzi Asiyaya səfəri zamanı səsləndirdiyi ilk bəyanat dünya gündəmində geniş müzakirələrə səbəb olub.

Busaat.az xəbər verir ki, çinli liderin həmin bəyanatı Qazaxıstanın ərazi bütövlüyünü dəstəklədiyinə dair fikirləri olub.

Belə ki, Çin liderinin bu açıqlaması gözlənilməz etiraf kimi qəbul edilib. Dünya mediası bunu Çin tərəfinin Mərkəzi Asiyada dominantlıq mübarizəsində iddialı oluğu ilə əlaqələndirib.

Nüfuzlu “Eurasianet” nəşri bildirib ki, açıqlama Cinpinin bu həftə Rusiya Prezidenti Vladimir Putinlə baş tutması planlanan görüşündən bir qədər əvvəl səsləndirilib və bu, Pekinin iddialı olduğunun təcəssümüdür.

Nəşr qeyd edir ki, Rusiyanın Ukraynanı işğal əməliyyatlarına başlaması onun yaxın müttəfiqi Qazaxıstanda narahatlığa səbəb olub, əksinə rus millətçiləri isə, qazaxları etibarsız olmaqda günahlandırıb.

Əlavə edək ki, daha əvvəl Qazaxıstanın paytaxtı Nur-sultan şəhərində prezident Qasım-Comərt Toqayevlə görüşənən Cinpin Qazaxıstana qarşı istənilən müdaxiləyə qarşı cavabsız qalmayacaqlarını bildirib: “Sizi əmin etmək istərdim ki, Çin hökuməti Qazaxıstanla münasibətlərə böyük əhəmiyyət verir”.

“Beynəlxalq vəziyyət nə qədər dəyişsə də, biz bundan sonra da Qazaxıstanı öz müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün müdafiəsində qətiyyətlə dəstəkləyəcəyik; sabitliyi və inkişafı təmin etmək üçün apardığınız islahatları qətiyyətlə dəstəkləyirik və ölkənizin daxili işlərinə istənilən qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşı çıxmanızı məsləhət görürük” – deyə, çinli lider Qazaxıstan prezidentinə bildirib.

Həşim Səhrablı

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85691