
“Çin Qərb ölkələrinə təhdid deyil, onların tərəfdaşıdır” – Vanq Venbin
Çin beynəlxalq ictimaiyyətin bütün ölkələri üçün tərəfdaşdır, təhdid deyil.
Busaat.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin keçirdiyi brifinqdə bildirib.
“Çin heç kimə təhdid deyil, bütün ölkələr üçün inkişaf imkanları baxımından tərəfdaşdır. Biz ABŞ-ı hədə-qorxu zehniyyətindən əl çəkməyə, zamanla ayaqlaşmağa və “təxribat” mifini şişirtməməyə çağırırıq. ABŞ Çinlə bağlı beynəlxalq sülh və inkişafı təşviq edən açıqlıq, qarşılıqlı əlaqə, əməkdaşlıq və digər prinsiplərə əsaslanan yeni konsepsiya yaratmalıdır” – deyə, sözçü bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak telefon danışığı zamanı Ukraynaya kömək etmək, Rusiyaya qarşı tədbir görmək və Çin təhlükəsinə cavab vermək üçün iki ölkə arasında əməkdaşlığın vacibliyini bildiriblər.
Busaat.az























