Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 171 $▼1.54%
  • Ethereum1 907 $▼1.08%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin raketinin Yerə düşməsinə saatlar qalıb - KORDİNANTLAR

image-13238866978302821525
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Çinin 10 mərtəbəli bina ölçüsündə olan 23 tonluq nəhəng raketinin şənbə günü səhər Yerə düşəcəyi ehtimal edilir.

Busaat.az xəbər verir ki, Çinin Halloween bayramında kosmosa buraxılan 23 tonluq nəhəng “Long March 5B” raketi Yerə düşəcəyi ilə bağlı narahatlıqları artmağa davam edir.

Mütəxəssislər raketin saatlar ərzində nəzarətsiz şəkildə Yer atmosferinə daxil olacağını bildiriblər. Onların fikrincə, raketin sabah səhər saat 06:21-07.50 arasında Yerə dönəcəyi gözlənilir.

Üç ildən az müddətdə beşinci dəfədir ki, Çinin kosmik gəmilərinin hissələri Yerə düşür. Bunlardan ən diqqət çəkəni 8 may 2021-ci ildə baş verib. 18 tonluq raket Hind okeanına düşüb. Səpələnmiş dağıntılar ətraf kəndlərə ziyan vurub.

RAKET HARAYA DÜŞƏCƏK?

İndi hər kəsi düşündürən sual raketin hara düşəcəyidir. ABŞ hökuməti tərəfindən maliyyələşdirilən qeyri-kommersiya tədqiqat mərkəzi olan The Aerospace Corporation-a (Aerokosmik Korporasiya) görə, raketin dəqiq hara düşəcəyi məlum deyil, lakin ehtimal olunan bölgələrə ABŞ, Mərkəzi və Cənubi Amerika, Afrika, Hindistan, Çin, Cənub-Şərqi Asiya və Avstraliya daxildir. Raketin düşə biləcəyi koordinatlar arasında Türkiyə də var.

MÖVCUD RİSKLƏR

Aerokosmik Korporasiyanın baş mühəndisi Ted Muelhaupt mövzu ilə bağlı açıqlamasında qeyd edib: “İnsanların raketə hədəf olmaq şansı lotereyada udmaq şansından çox aşağıdır. İtki ehtimalı 230-da bir ilə mində bir arasındadır”. Mütəxəssislər raketin bir hissəsinin Yerin atmosfer qatına girərkən yanacağını, ancaq raketin gövdəsinin çox böyük olması səbəbindən tamamilə parçalanmayacağını bildirib. Raketin yüzdə 40-nın Yerə düşə biləcəyi qeyd edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89545