
Çin-Rusiya ticarət əlaqələri rekord həddə çataraq 180 milyard dolları keçəcək - Çin səfiri
Çin və Rusiya arasında ticarət dövriyyəsi yeni rekorda imza atacaq.
Busaat.az xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfiri Zhang Hanhui jurnalistlərə açıqlama verib.
Açıqlamada Rusiya ilə Çin arasında ticarətin 2022-ci ilin sonun kimi rekord həddə çataraq 180 milyard dolları keçəcəyi bildirilib.
“Mən diqqəti səmərəli iqtisadi əməkdaşlığın nəticələrinə yönəltmək istərdim. İnanıram ki, bu il ticarət-iqtisadi əməkdaşlıq yeni səviyyəyə qalxacaq, ticarət yeni rekorda imza atacaq. Ötən il ticarət dövriyyəmiz 140 milyard dollar civarında olub. Hesab edirəm ki, bu il bu rəqəm 180 milyard dollardan çox olacaq” – deyə, çinli diplomat qeyd edib.
Səfir Çin və Rusiya iş adamlarının əməkdaşlıq etdiyini və yeni iqtisadi layihələri təşviq etdiyini əlavə edib: “İnanıram ki, bu nəticələr əməkdaşlığımızın gücləndirilməsi, Çin və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox faydalı olacaq”
Busaat.az























