
Çin Rusiyaya silah vermədi - Borrell
Çin Ukraynada istifadə üçün Rusiyaya silah vermədi.
Busaat.az xəbər verir ki, bu sözləri Aİ diplomatiyasının rəhbəri Jozef Borrell bildirib.
“Rusiyaya ən çox təsir edən ölkə Çindir. Çin prezidentinin Zelenski ilə danışması da müsbət məqamdır. Biz Rusiyanı Çinə doğru itələməməkdə çox maraqlıyıq ”, – Borrell deyib.
Onun sözlərinə görə, Çinin Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planı xoş niyyətlər toplusudur.
“Sülh planı sayıla biləcək yeganə şey Zelenskinin təklifidir, Rusiya bunu qətiliklə qəbul etməyəcək”, – diplomat qeyd edib.
Qeyd edək ki, Çin Rusiya-Ukrayna böhranının həlli üzrə 12 bənddən ibarət plan təqdim edib.
Həmçinin, Çin Ukrayna münaqişəsi kontekstində birtərəfli sanksiyalardan sui-istifadəyə də qarşı çıxıb, çünki onlar böhranın həllinə kömək etmir.
Busaat.az























