Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 543 $▼5.39%
  • Ethereum1 782 $▼7.57%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Çin şirkətləri diqqətini Əfqanıstanın qızıl mədənlərinə çevirdi

image-364639-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İki Çin şirkəti Qəzni əyalətindəki litium və qızıl mədənlərini idarə etməyə can atırlar.

Busaat.az xəbər verir ki, bunu Əfqanıstanın Qəzni vilayətinin Mədən və Neft Departamentinin direktoru Mövləvi Həzrəti Yusuf bildirib

Məlumatına görə, vilayətdə hazırda 25 mədənin aktiv istehsal prosesində olduğunu bildirən Yusuf, son bir ildə mərmər, kükürd, daş kömür və müxtəlif qiymətli daşların olduğu 18 yeni mədən sahəsinin müəyyən edildiyini diqqətə çatdırıb.

Yusuf bildirib ki, iki Çin şirkəti Navur rayonundakı litium mədənlərinin və Mukur rayonundakı qızıl mədənlərinin istismarı üçün təkliflər verib. Bu investisiyalar reallaşarsa, vilayətin iqtisadiyyatına böyük töhfə verəcək.

Əfqanıstanda mis, qızıl, uran, boksit, dəmir filizi, xrom, qurğuşun, sink, kömür, sabundaşı, pambıqdaşı, gips, kükürd, mərmər kimi metal yataqları da mövcuddur.

Bundan əlavə, Əfqanıstan litium və digər nadir metallar baxımından dünyanın ən zəngin ehtiyatlarına malikdir, lakin ölkədə uzun müddət davam edən münaqişə mühiti ölkənin bir çox iqtisadi sahələrinə mənfi təsir göstərmiş və mədənçıxarma sahəsində inkişafın qarşısını almışdır.

Taliban administrasiyası isə ölkədəki iqtisadi böhranın öhdəsindən gəlmək məqsədi ilə xarici şirkətləri bu sahələrə sərmayə qoymağa dəvət edir. Çin və Rusiya şirkətləri ölkənin mədənlərini işlətməyə ən həvəsli investorlar kimi önə çıxır.

Ən son, yanvarın 5-də Taliban müvəqqəti hökuməti ilə Çinin CAPEIC şirkəti arasında Əfqanıstanın şimalında Amu çayı ətrafında kəşfiyyat və neft hasilatı üzrə 25 illik müqavilə imzalanıb.

Müqavilənin imzalanması mərasimində Taliban administrasiyasının mədən və neft nazirinin müavini Şahabəddin Dilavər və Çinin Kabildəki səfiri Vanq Yu bəyan ediblər ki, bu addım Əfqanıstan iqtisadiyyatını və iki ölkə arasında əlaqələri gücləndirəcək.

Digər tərəfdən Taliban rəhbərliyi şimalda Bədəxşan əyaləti üzərindən Çinə açılan Vuhan dəhlizinin aktiv ticarət yoluna çevrilməsini istəyir və bunun üçün Çin hökumətindən dəstək gözləyir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96894