
Çin tədqiqatçıları Everest zirvəsini araşdıracaq
Çinli tədqiqatçılardan ibarət alpinistlər qrupu Everestdə zirvəsini fəth edib.
Busaat.az xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, Çinin 2017-ci ildə başlatdığı Qinghai-Tibet Yaylası elmi tədqiqat layihəsi çərçivəsində bölgədə çalışan 12 nəfərlik heyət bu gün günorta saatlarında zirvəyə çatıb.
8830 metr hündürlükdə olan meteoroloji müşahidə stansiyasında texniki xidmət və texniki yeniliklər etdikdən sonra komanda qar və buz nümunələrini toplamaq üçün 8848 metr hündürlükdə zirvəni fəth edib.
Zirvədən götürülən nümunələrdə havanın çirklənməsinin təsirlərinin araşdırılacağı və xüsusilə yeni çirkləndirici növlərin araşdırılacağı bildirilib.
Çinin ötən il Everestdə qurduğu meteoroloji stansiya ABŞ və İngiltərə alimləri tərəfindən 2019-cu ildə 8430 metr hündürlükdə qurulan “Balkon Stansiyasını” geridə qoyaraq, ən yüksək hündürlükdə meteoroloji stansiya olub.
Everestdə buzlaqların qalınlığını ölçmək üçün həssas radarla təchiz edilmiş stansiya Asiyanın 10-dan çox əsas çayını su ilə təmin edən bölgədəki iqlim və buz örtüyü haqqında məlumat verəcək.
Çin alimləri tədqiqat layihəsi çərçivəsində Everest dağında 5200-8800 metr hündürlükdə 8 meteoroloji müşahidə stansiyası yaratmağı planlaşdırırlar. Stansiyalardan 4-nün 7 min metr hündürlükdə olması nəzərdə tutulur.
2017-ci ildən bəri davam edən Qinghai-Tibet Yaylası elmi tədqiqat layihəsində ümumilikdə 170 alim iştirak edir.
Çin və Nepal alimlərinin 2020-ci ildə apardıqları birgə araşdırmanın sonunda dünyanın ən yüksək nöqtəsi olan Everest dağının zirvəsi 8848 metr 84 santimetr olaraq ölçülüb.
Busaat.az























