
Çin Ukrayna və Rusiya münaqişəsinin siyasi həllinə kömək etməyə hazırdır - Vanq Yi
Çin Ukraynadakı böhranın siyasi həllini təşviq etmək üçün beynəlxalq ictimaiyyətlə qüvvələri birləşdirməyə hazırdır.
Busaat.az xəbər verir ki, bu sözləri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin direktoru Vanq Yi Fransa prezidenti Emmanuel Makronla söhbətində bildirib.
“Çin münaqişənin siyasi həll yolunu təşviq etmək və tezliklə atəşkəsə nail olmaq üçün beynəlxalq ictimaiyyətlə, o cümlədən Fransa ilə əməkdaşlığa hazırdır”, – Vanq Yi deyib.
Onun fikrincə, Çinin böhranın həlli səylərində Fransanın müstəqil əsas ölkə kimi roluna əhəmiyyət verdiyini vurğulayıb.
Diplomat Çinin Ukrayna məsələsində obyektiv və qərəzsiz mövqe tutduğunu, həmişə sülh danışıqlarının təşviqinə sadiq qalacağını xatırladıb.
Busaat.az























