
Çin Ukraynadakı böhranın sülh yolu ilə həllinin tərəfdarıdır
Çin prezidenti Si Tsipin Ukrayna böhranının siyasi yolla həllinin tərəfdarı olduğunu bildirib.
Busaat.az xəbər verir ki, Tsipin bunu Çinin paytaxtında Vahid Rusiya partiyasının rəhbəri Dmitri Medvedevlə görüşü zamanı deyib.
“Çin Ukrayna böhranı məsələsində obyektiv və ədalətli mövqe tutur. Ümid edirəm ki, aidiyyəti tərəflər təmkin nümayiş etdirərək hərtərəfli dialoqa başlayacaq və bir-birlərinin təhlükəsizlik narahatlıqlarını siyasi vasitələrlə aradan qaldıracaqlar” – deyə, Çin lideri vurğulayıb.
Çin lideri qeyd edib ki, Pekin Rusiya ilə Ukrayna arasında sülhün bərpasına fəal töhfə vermək niyyətindədir.
Busaat.az























