
Çin və Almaniya birlikdə işləməlidir – Tsipin
Çin və Almaniya üçüncü tərəflərin müdaxiləsi olmadan Pekin və Avropa İttifaqı (Aİ) arasında yaxşı münasibətləri gücləndirmək üçün birlikdə çalışmalıdırlar.
Busaat.az xəbər verir ki, bunu Çin prezidenti Si Tsipin Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə telefon danışığında deyib.
Onun sözlərinə görə, Çin Berlinin Aİ-nin ən böyük bazarı olan Almaniyada Çin biznesləri üçün ədalətli, şəffaf və ayrı-seçkilikdən kənar iş mühiti təmin edə biləcəyinə ümid edir.
Busaat.az























