Çin və Hindistan arasında toqquşmalar başladı

image-cin-hindistanbackend

Himalay dağlarında Çin və Hindistan sərhədindəki mübahisəli bölgədə iki ölkə arasında münaqişə yaşanıb. Hər iki tərəfin qoşunlarında yaralıların olduğu bildirilib.

Busaat.az xəbər verir ki, qarşıdurma iki ölkə arasındakı qeyri-müəyyən sərhəd xətti – De-fakto Nəzarət Xətti (LAC) boyunca baş verib.

Hindistanın bölgədəki komandiri çinli həmkarı ilə “sülh və əmin-amanlığın bərpası” məsələsini müzakirə etmək üçün görüş keçirib.

Qeyd edək ki, əvvəl də bənzər qarşıdurmalar yaşanıb. Son belə qarşıdurmadan sonra Çin və Hindistan bölgədən ordularını çıxarmaq qərarına gəlib. Himalay dağlarının mübahisəli sərhəd bölgəsindən qoşunların qarşılıqlı çıxarılması bu ilin sentyabrın 14-də başa çatıb.

 

ÇİN-HİNDİSTAN SƏRHƏD MÜBAHİSƏSİ

Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı qeyri-müəyyən sərhəd xətti ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələri əhatə edən 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.

Pekin Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadrat kilometr əraziyə iddia edir, Yeni Dehli isə, Aksay-Çin yaylası da daxil olmaqla 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini iddia edir.

Tərəflər uzun illərdir ki, suverenlik mübahisələrini həll edə bilmirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90